Azərbaycan prezidenti İlham Əliyev məlumat verib ki, fevralın 6-da Türkiyədə baş vermis zəlzələnin fəsadlarının aradan qaldırılması üçün Türkiyəyə $45 milyondan artıq vəsait köçürülüb.
“Bu günə qədər $45 milyondan artıq vəsait AFAD (Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi) və digər humanitar qurumların bank hesabına köçürülüb”, - Əliyev cümə axşamı Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışında deyib.
Bundan əlavə, prezident əlavə edib ki, Azərbaycandan Türkiyəyə 5,3 min ton humanitar yardım çatdırılıb.
Dövlət başçısı bildirib ki, Azərbaycandan 940 nəfər xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib.
Əliyev əlavə edib ki, Azərbaycan xilasediciləri dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalı 3 mindən artıq şəxsə tibbi xidmət göstərib.
Xəbər verildiyi kimi, fevralın 6-da Türkiyədə baş vermis güclü zəlzələnin qurbanlarının sayı 49 min nəfəri ötüb. **
R.Kərimov