“Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC fiziki və hüquqi şəxslərə göstərilən maliyyə xidmətləri şəbəkəsini genişləndirmək üçün Sumqayıt şəhərində ikinci filialını açıb.
Yeni filial Sumqayıt şəhəri, 13-cü mikrorayon, Üzeyir Hacıbəyli küçəsindəki ofisində müştərilərə xidmət göstərir.
ABB 1992-ci ildə yaradılıb və ölkənin ən iri bankıdır. Bankın səhmdarları 1763 hüquqi və fiziki şəxsdir: səhmlərin 96,37%-i dövlətə məxsusdur.
ABB-nin kapitalında Maliyyə Nazirliyinin payı 92,56%, Əmlak Məsələləri Dövlət Xidmətinin payı 3,81% təşkil edir. Bundan başqa, bankın kapitalında 3,06% fiziki şəxslərə (minoritar səhmdarlara), 0,23% “Aqrarkredit” QSC-yə, 0,34% digər hüquqi şəxslərə məxsusdur.**
R.Əhmədov