Cümə axşamı İranda 5,6 bal gücündə baş vermiş zəlzələnin təkanları Azərbaycanda hiss olunub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Məlumata əsasən, Naxçıvan Muxtar Respublikasının sakinləri 3-5 bala qədər yeraltı təkanları hiss ediblər.
Seysmoloqlar Bakı vaxtı ilə saat 15:47-də zəlzələ qeydə alıblar.
“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına görə, yerli vaxtla saat 15:47-də Naxçıvan stansiyasında 131 km cənub-qərbdə, İran ərazisində zəlzələ qeydə alınıb”, - məlumatda deyilir.
Zəlzələ episentrinin koordinatları 39°-45° Şimal enliyi, 44°-93° Şərq uzunluğu olub, dərinliyi 10 km təşkil edib. **
R.Kərimov