2023-cü ilin yanvar-fevral aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2709) 5 milyon 175 min 61,27 ton neft ixrac edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 5,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycandan $3 milyard 250 milyon 676,94 min dəyərində (artım 10,4%) neft ixrac edilib.
2023-cü ilin yanvar-fevral aylarında ixracın ümumi strukturunda neftin payı 71,91% (2022-ci ilin müvafiq dövründə 49,33% - İF) təşkil edib.
Hesabat dövründə 15 ölkə Azərbaycan neftinin alıcısı olub. DGK-nın məlumatına görə, onların arasında İtaliya ənənəvi olaraq Azərbaycan neftinin əsas alıcısı olaraq qalır. 2023-cü ilin yanvar-fevral aylarında neft ixracının 35%-i bu ölkənin payına düşüb.
Alıcıların ilk üçlüyünə İtaliya ilə yanaşı, İsrail və İspaniya da daxil olub.
2023-cü ilin yanvar-fevral aylarında əsas alıcı ölkələr üzrə neft ixracının strukturu:
Ölkələr |
Həcm (ton) |
Gəlir, min $ |
İtaliya |
1 812300,15 |
1 157474,83 |
İsrail |
528972,46 |
331537,83 |
İspaniya |
425843,81 |
273803,29 |
Almaniya |
391093,25 |
248823,84 |
Hindistan |
322662,47 |
201908,61 |
Çexiya |
257848,90 |
161999,43 |
Türkiyə |
253528,61 |
151873,99 |
Yunanıstan |
212422,84 |
136371,97 |
Rumıniya |
176403,69 |
112481,23 |
Avstriya |
176251,80 |
95280,09 |
İrlandiya |
175028,65 |
93438,2 |
Vyetnam |
138516,86 |
85 115,06 |
İndoneziya |
128188,47 |
85009,7 |
Portuqaliya |
92952,72 |
62898,43 |
Fransa |
83046,60 |
52660,43 |
Cəmi |
5 175061,27 |
3 250676,94 |
**
N.Abbasova