Azərbaycan və Rusiya Federasiyasının prezidentləri İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı olub. Bu barədə cümə axşamı Kremlin mətbuat xidməti məlumat verib.
«Rusiya, Azərbaycan və Ermənistan liderlərinin məlum üçtərəfli razılaşmaları əsasında Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin təmin edilməsinə yönəlmiş praktiki tədbirlər müzakirə olunub», - məlumatda deyilir.
Qeyd olunur ki, «həmçinin, regionda nəqliyyat-logistika və iqtisadi əlaqələrin inkişafı məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb». **