Azərbaycan Respublikasının İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) yanında daimi nümayəndəsi Nazim Səmədov etimadnaməsini təşkilatın baş direktoru Səlim Əl-Malikə təqdim edib.
“Bu gün (cümə axşamı – İF-Az) Azərbaycanın ICESCO yanında daimi nümayəndəsi qismində etimadnaməmi təşkilatın baş direktoru Səlim Əl-Malikə təqdim etmək şərəfinə nail oldum”, - deyə o, “Twitter”də yazıb.
N.Səmədov Bakının ICESCO ilə əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu deyib.*
R.Kərimov