2023-cü ilin fevral ayında Azərbaycanda gündəlik 531 min barel neft (2023-cü ilin yanvar ayında 533 min barel) hasil olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“2023-cü ilin fevral ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 648 min barel olub. Bunun 531 min barelini xam neft, 117 min barelini isə kondensat təşkil edib”, - deyə məlumatda bildirilir.
OPEC+ əməkdaşlığı çərçivəsində Azərbaycanın fevral ayı üçün gündəlik xam neft hasilatı üzrə kvotası 684 min bareldir.
Beləliklə, Azərbaycan fevralda OPEC+ sazişi çərçivəsində öhdəliyini 128,8% yerinə yetirib.*
N.Abbasova