2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanın dövlət büdcəsinin profisiti 2 milyard 217,2 milyon manat və ya ÜDM-in 11,2%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 5 milyard 877,6 milyon manat (2022-ci ilin yanvar-fevral aylarının göstəricisi ilə müqayisədə artım 27,1%), xərcləri 3 milyard 660,4 milyon manat (artım 36,3%) təşkil edib.
Yanvar-fevral aylarında Azərbaycanda ÜDM-in nominal həcmi 19 milyard 812,5 milyon manat təşkil edib.
2023-cü il dövlət büdcəsinin gəlirləri 30 milyard 773,978 milyon manat, xərcləri 33 milyard 353,278 milyon manat, kəsiri isə 2 milyard 579,3 milyon manat və ya ÜDM-in 2,4%-i səviyyəsində proqnozlaşdırılır.*
X.Nəsirzadə