Bu gün Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postu istifadəyə verilib. Bu barədə yerli KİV-lər məlumat yayıb.
Açılış mərasimində Azərbaycan və Rusiyanın rəsmi şəxsləri iştirak ediblər.
“Xanoba” gömrük postunda inşaat işləri Prezident İlham Əliyevin 2020-ci ilin aprel ayında imzaladığı sərəncama əsasən aparılıb.
Ən müasir avadanlıqlarla təchiz edilmiş “Xanoba” gömrük postu Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə yüklərin daha sürətli daşınmasına, sərhədkeçmə proseslərinin asanlaşdırılmasına, ölkəmizin tranzit imkanlarının genişlənməsinə, xüsusilə Azərbaycan-Rusiya sərhədində yaranan növbələrin tam aradan qaldırılmasına şərait yaradacaq.*
R.Kərimov