İqtisadiyyat naziri Mikayıl Cabbarov Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad ilə görüşdə Azərbaycan-Macarıstan biznes forumunun keçirilməsini müzakirə edib.
“Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə (martın 16-da Ankarada – İF) iştirakı çərçivəsində Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad ilə görüşdük və ölkələrimizin ikitərəfli iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi və yaxın zamanda birgə biznes forumun keçirilməsi barədə fikir mübadiləsi apardıq”, - deyə Cabbarov bu gün “Twitter”də yazıb.*
R.Kərimov