Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Anlaşma Memorandumunu təsdiq edib.
Sənəd 2022-ci il noyabrın 16-da Əbu-Dabi şəhərində imzalanıb.
Bundan başqa, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” 2022-ci il noyabrın 23-də Belqrad şəhərində imzalanmış Sazişi təsdiq edib.*
R.Əhmədov