2022-ci ildə Azərbaycanda 1 min 796,3 ton kvotaya qarşı 1 min 790,1 ton balıq ovlanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2021-ci illə müqayisədə kvota üzrə balıq ovu 22,3% artıb.
2022-ci ilin yekunları üzrə balıq ovu üçün verilmiş kvotanın 99,7%-i (2021-ci ildə 79,7%-i) istifadə edilib.
Hesabat ilində 283 hüquqi və fiziki şəxs balıq ovu ilə məşğul olub.
2022-ci ildə balıq ovu üçün verilmiş kvota çərçivəsində ovlanmış balığın 1 min 313,5 tonu kilkə, 94,4 tonu kütüm, 74,2 tonu kefal, 68,4 tonu siyənək, 59,7 tonu külmə, 39,2 tonu çəki, 38,7 tonu çapaq, 29 tonu dabanbalığı, 16,2 tonu sıf, 11,4 tonu şamayı, 5,4 tonu naxa, qalanı digər balıq növlərinin payına düşüb.
Ötən il balıqçılar tərəfindən kvota üçün 109,7 min manat ödənilib.
2022-ci ildə 59,903 min ton balıq ovlanıb (kvota çərçivəsində balıq ovu nəzərə alınmaqla) ki, bu da 2021-ci illə müqayisədə 0,7% çoxdur.*
X.Nəsirzadə