2023-cü ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 10 milyard 680,3 milyon manat təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 15,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2023-cü ilin fevral ayının sonuna Azərbaycanda orta illik inflyasiya 13,9% təşkil edib.
Statistik məlumatlara görə, 2023-cü ilin yanvar-fevral aylarında əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 14,4% - 1054 manata qədər artıb.
Bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 9 milyard 347,9 milyon manat qalır ki, bu da 2022-ci ilin yanvar-fevral aylarının göstəricisindən 15,4% çoxdur.*
X.Nəsirzadə