“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti aprelin 22-dən etibarən Bakıdan Əl-Küveyt şəhərinə uçuşları bərpa edəcək, iyunun 1-dən isə Bəhreynə birbaşa reyslər həyata keçirəcək.
AZAL-ın mətbuat xidmətindən bildirilib ki, Bakı-Əl-Küveyt-Bakı marşrutu üzrə uçuşlar ilkin olaraq həftədə iki dəfə - çərşənbə və şənbə günləri yerinə yetiriləcək. İyun ayında bu istiqamətdə uçuşlar cədvəlinə daha bir tezlik - bazar ertəsi əlavə olunacaq.
Bəhreynə uçuşlar ilkin olaraq həftədə bir dəfə - cümə axşamı yerinə yetiriləcək. İyul ayından etibarən isə daha bir tezlik - bazar günləri əlavə olunacaq.*
Xəbərlər şöbəsi