Ermənistan İranın sifarişi ilə ATƏT-də 2023-cü ilin yanvar ayının sonunda Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunu pisləyən qətnamənin qəbuluna mane olub.
Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbələrdən məlum olub.
“Qətnamədə İran hökuməti baş vermiş hücumu hərtərəfli araşdırmağa, hücumu törədənləri cinayət məsuliyyətinə cəlb etməyə və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasının İran İslam Respublikasının ərazisində olan diplomatik nümayəndəliklərinin mühafizəsini təmin etməyə çağırılır”, - deyə mənbə bildirib.
Onun sözlərinə görə, təəssüf ki, iki aya yaxın müddətdə davam edən müzakirələrə Ermənistan tərəfi hər vəchlə maneə törədib və səfirliyə xain hücumu pisləyən bəyanatın qəbuluna imkan verməyib.
“Bu, bir daha göstərir ki, Ermənistan sülhdə və əmin-amanlıqda maraqlı deyil”, - deyə mənbə əlavə edib.*
V.Əliyev