“INPEX North Caspian Sea, Ltd”-nin Qazaxstandakı filialının direktoru Hiroşi İkeda Transxəzər marşrutu istiqamətində dəmir yolu daşımaları vasitəsilə Kaşaqan neftinin ixracının şaxələndirilməsi imkanı barədə bəyan edir
““INPEX North Caspian Sea, Ltd”-nin Qazaxstandakı filialının direktoru Hiroşi İkedanın sözlərinə görə, sınaq nəql (Bakı limanı istiqamətində - İF) Kaşaqan nefti üçün Transxəzər marşrutu istiqamətində dəmir yolu daşımaları vasitəsilə ixrac marşrutlarının şaxələndirilməsi imkanını nümayiş etdirib”, - Kaşaqan neftinin Bakı limanı istiqamətində sınaq nəqlini həyata keçirən Qazaxıstanın “KazTranOil” şirkətinin məlumatında deyilir.
“Həmçinin, “INPEX North Caspian Sea, Ltd”-nin nümayəndəsi məlumat verib ki, şirkət Qazaxıstan hökuməti və “KazMunayQaz” NŞ SC ilə birgə ehtiyat ixrac marşrutlarının inkişafı üzrə əməkdaşlığı davam etdirəcək”, - press-relizdə deyilir.
“Inpex NorthCaspian Sea Ltd” NCOC-un səhmlərinin 7,563%-nin pay sahibdir. **