Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün yeni tarixi yaxın vaxtlarda müzakirə olunacaq. Bu barədə RF XİN başçısı Sergey Lavrov bəyan edib.
“Düşünürəm ki, hər üç nazir üçün münasib olduğu ən yaxın zamanı nəzərdən keçirərik”, - Lavrov bazar ertəsi erməni həmkarı Ararat Mirzoyanla danışıqların yekunlarına dair müvafiq suala cavabında bildirib.
Nazirin sözlərinə görə, o, bu məsələni Mirzoyanla danışıqlar zamanı müzakirə edib. “Erməni həmkarlarımız bu günlərdə baş nazir Nikol Paşinyan ilə mətbuat konfransında Ermənistanın bu cür görüşün keçirilməsinə hazır olduğuna dair bəyanatı təsdiqlədilər”, - Lavrov deyib. **