Azərbaycanda koronavirus infeksiyasına 6 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 829 min 271-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 48 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb.
Ölənlərin ümumi sayı 10 min 153 nəfər təşkil edir.
Virusa yoluxmuş 818 min 795 nəfər (sutka ərzində +4) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 323 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 526 (ötən gün 912 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 549 min 889 test aparılıb.**
N.Abbasova