2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 6,4% - 646,5 milyon manata qədər (cari məzənnə ilə təxminən $38039 milyon) azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-fevralda sürtkü yağları istehsalında 50,6% - 12,2 min tonadək, neft koksu istehsalında 12,8% - 41,4 min tonadək artım qeydə alınıb.
Avtomobil benzini istehsalı 3,7% - 216,8 min tonadək, təyyarə yanacağı 7,5% - 85,7 min tonadək, qazoyl (dizel yanacağı) 0,6% - 356 min ton, soba mazutu 90,8% - 3,1 min tonadək, maye qaz istehsalı 6,4% - 45,7 min tonadək, neft bitumu istehsalı 47,1% - 20,2 min tonadək azalıb.
2023-ci il martın 1-nə Bakı Neft Emalı Zavodunun anbarlarında 22,2 min ton avtomobil benzini, 33,7 min ton təyyarə yanacağı, 79 min ton dizel yanacağı, 12,7 min ton soba mazutu, 7,7 min ton sürtkü yağı, 1,1 min ton maye qaz, 16 min ton neft bitumu, 48 min ton neft koksu var.**
N.Abbasova