Bazar ertəsi Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ Dövlət katibi Enetoni Blinken telefon danışığı zamanı İrəvanla Bakı arasında münasibətlərin nizamlanmasını müzakirə ediblər.
“Paşinyan və Blinken Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması, regionda kommunikasiyaıarın açılmasına dair fikir mübadiləsi aparıblar”, - Ermənistan hökumətinin mətbuat xidməti məlumat verir.
Bildirilir ki, Blinken ABŞ-ın “yuxarıda qeyd olunan proseslərə yardımı” davam etdirməyə hazır olduğunu vurğulayıb. **