Azərbaycan 6 fevral 2023-cü ildə baş vermiş iki dağıcıdı zəlzələdən zərər çəkmiş Türkiyədə bərpa və quruculuq işlərinə $100 milyon ayıracaq.
“Azərbaycan Türkiyənin cənubunda fəlakət zonasında bərpa-quruculuq işləri çərçivəsində $100 milyon məbləğində yaşayış binaları, sosial obyektlər və təhsil ocağının tikintisini həyata keçirəcək”, - Azərbaycanın XİN başçısı Ceyhun Bayramov bazar ertəsi Brüsseldə keçirilmiş “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” Beynəlxalq Donorlar Konfransında bildirib.
Nazir vurğulayıb ki, Azərbaycan hər zaman olduğu kimi bundan sonra da qardaş Türkiyənin yanında olacaq, zəlzələdən sonrakı bərpa və quruculuq işlərində nəticə yönümlü maddi və texniki dəstəyin göstərilməsini davam etdirəcək.
Bayramov xatırladıb ki, zəlzələnin ilk günlərindən etibarən Azərbaycan Türkiyəyə dəstək nümayiş etdirərək, dərhal axtarış-xilasetmə dəstələri, tibbi heyət, könüllülər, habelə humanitar yardımlar göndərib.
“Türkiyəyə zəlzələ bölgəsində çalışan aidiyyəti təşkilatlar vasitəsilə indiyə qədər $45 milyondan artıq maddi yardım göstərilib”, - məlumatda deyilir.
Xəbər verildiyi kimi, Türkiyənin cənub və cənub-şərqində zəlzələ nəticəsində dağıdıcı zəlzələlər nəticəsində həlak olanların sayı 50 min 96 nəfərə çatıb.
Dağıdıcı zəlzələlər qonşu ölkələrdə, həmçinin Suriya, Livan, ŞKTR, Yunanıstanın Kiprində hiss olunub. **
N.Abbasova