Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken martın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı Ermənistanla sülh danışıqlarında Vaşinqtonun daimi köməyini təklif edib. Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
“Blinken Ermənistanla ikitərəfli sülh müzakirələrində ABŞ-ın daimi köməyini təklif etmək üçün Azərbaycan Prezidenti Əliyevə zəng edib”, - deyə məlumatda bildirilir.*