ABŞ Ermənistanı və Azərbaycanı təmkinli olmağa və gərginliyi azaltmaq üçün addımlar atmağa çağırır. Bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi bəyan edib.
"Bütün tərəfləri eskalasiyaya çağırırıq. (...) İstəyirik ki, bütün tərəflər gərginliyin azaldılması və zorakılığın dayandırılması üçün müvafiq addımlar atsınlar", - “İnterfaks-Azərbaycan" agentliyi Kirbinin çərşənbə axşamı Ağ Evdə keçirilən brifinqdə sözlərindən sitat gətirir. **
R.Kərimov