Azərbaycanda koronavirus infeksiyasına 5 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 829 min 284-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 8 yoluxma faktı qeydə alınmışdı. Beləliklə, COVID-19-a yoluxma hallarının sayı 37,5% azalıb.
Ardıcıl beş gündür ki, COVID-19-dan ölüm halı qeydə alınmayıb.
Ölənlərin ümumi sayı 10 min 153 nəfər təşkil edir.
Virusa yoluxmuş 818 min 922 nəfər (sutka ərzində +64) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 209 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 441 (ötən gün 465 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 550 min 795 test aparılıb.**
R.Kərimov