Çərşənbə günü Azərbaycan Müdafiə Nazirliyi Silahlı Qüvvələrinin erməni hərbi qulluqçusunun ölümü ilə əlaqəsinin olduğu barədə Ermənistan tərəfinin yaydığı məlumatı təkzib edib.
“Martın 22-si saat 16:20 radələrində guya Azərbaycan tərəfindən açılan atəş nəticəsində Arazdəyən istiqamətindəki döyüş mövqeyində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun ölümcül yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik”, - nazirliyin məlumatında deyilir. **
R.Kərimov