Azərbaycanla sülh sazişi indiyə qədər əldə edilmiş yazılı razılaşmalar əsasında imzalanacaq. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Sülhlə bağlı razılaşma olacaq və bu, indiyə qədər ən yüksək səviyyədə əldə olunmuş yazılı sənədlərə əsaslanacaq”, - deyə Paşinyan bu gün hökumətin iclasında bildirib.*