23.03.2023 18:21

Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanacağına əmindir

Regionda yeni gərginlik olmayacaq. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlanacaq və bu müqavilə ən yüksək səviyyədə qəbul edilmiş birgə rəsmi bəyanatlara əsaslanacaq. Yeni gərginlik olmayacaq”, - deyə Paşinyan “Twitter”də yazıb.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət bu narrativi qətiyyətlə dəstəkləməlidir.*


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.