Azərbaycanda koronavirus infeksiyasına 19 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 829,303 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 5 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 10 min 153 nəfər təşkil edir.
Virusa yoluxmuş 818,969 min nəfər (sutka ərzində +47) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 181 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 440 (ötən gün 441 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 551,235 min test aparılıb.*
X.Nəsirzadə