Azərbaycanda koronavirus infeksiyasına 25 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 829,328 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 19 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 10 min 153 nəfər təşkil edir.
Virusa yoluxmuş 819,015 min nəfər (sutka ərzində +46) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 160 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 353 (ötən gün 440 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 551,558 min test aparılıb.**
R.Əhmədov