Azərbaycan prezidenti İlham Əliyev milli bayram münasibətilə Yunanıstan prezidenti Katerina Sakellaropuluyu təbrik edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Yunanıstan əlaqələrinin inkişafı, əməkdaşlığımızın genişlənməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik”, - təbrik məktubunda deyilir.
Əliyev Sakellaropuluya möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, Yunanıstan xalqına əmin-amanlıq və firavanlıq arzulayıb. **
V.Əliyev