Azərbaycanda koronavirus infeksiyasına 17 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 829 min 345-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 25 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
Ölənlərin ümumi sayı 10 min 160 nəfər təşkil edir.
Virusa yoluxmuş 819 min 063 nəfər (sutka ərzində +48) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 122 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 511 (ötən gün 353 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 552 min 099 test aparılıb.**
V.Əliyev