Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel şənbə günü telefon danışığı zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə ediblər. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat verib.
Mətbuat xidmətindən bildirlir ki, Mişel regionda sülh və dialoqa kömək məqsədilə Aİ-nin hazırlığını təsdiqləyib. **