Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, martın 25-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki (Qarabağ regionu - İF) qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər.
MN-nin məlumatına görə, qeyri-qanuni erməni silahlı dəstə bu işləri Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində kənd təsərrüfatı işləri adı altında həyata keçirməyə cəhd edib.
“Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhaldayandırılıb”, - MN-dən vurğulanır. **
V.Əliyev