Azərbaycanda koronavirus infeksiyasına 53 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 829 min 398-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 17 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 10 min 166 nəfər təşkil edir.
Virusa yoluxmuş 819 min 104 nəfər (sutka ərzində +41) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 128 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 910 (ötən gün 511 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 553 min 009 test aparılıb.*
V.Əliyev