Azərbaycanın Təl-Əvivdəki səfiri Muxtar Məmmədov etimadnaməsini İsrail Prezidenti İshaq Hersoqa təqdim edib.
“Azərbaycan Respublikasının İsraildə birinci səfiri kimi İsrail Dövlətinin Prezidentinə etimadnaməmi təqdim etməkdən böyük şərəf və qürur duyuram”, - deyə Məmmədov “Twitter”də yazıb.
Xəbər verildiyi kimi, Azərbaycanın İsraildəki səfirliyinin təntənəli açılış mərasimi martın 29-na planlaşdırılıb. Açılış mərasimində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edəcək.*
R.Əhmədov