Azərbaycan hökuməti aprel ayının birinci həftəsi Bakı şəhərində Qarabağın erməni icması ilə reinteqrasiya məsələlərinin müzakirəsi məqsədilə ikinci görüşün keçirilməsini təklif edib.
“Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinə reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edir”, - deyə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Xatırladaq ki, Qarabağın erməni icması ilə birinci görüş 2023-cü il martın 1-də baş tutub. Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.*
R.Əhmədov