“Bank BTB” ASC-nin İdarə Heyətinin sədri Emil Rzayev tutduğu vəzifədən ayrılıb.
“Rzayev martda öz istəyi ilə istefa verib, bankın səhmdarları onun istefasını qəbul edib”, - deyə maliyyə bazarındakı mənbə “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
İdarə Heyəti sədrinin birinci müavini Eldəniz Hüseynov sədrin əvəzedicisi təyin edilib.
“Bank BTB” ASC 2010-cu ilin aprel ayında Azərbaycanda fəaliyyət göstərmək üçün lisenziya alıb. Bankın səhmdarları 3 fiziki şəxsdir.*
R.Əhmədov