2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 134,6 milyon manat ($79,2 milyon) məbləğində tikinti materialları istehsal edilib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 35,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada 421,2 min ton sement (azalma 4,8%), 4,2 min kubmetr betondan yığma tikinti konstruksiyaları (azalma 67,2%), 14,6 min ton asfalt (artım 47,5%), 81,4 min kubmetr tikinti kərpici (azalma 26,5%) və 1,35 milyon kvadratmetr tikinti şüşəsi (artım 3,4%) istehsal edilib.
Bundan başqa, 471 min ton sement klinkeri (artım 32%), 9,1 min ton tikinti gipsi (artım 2,4 dəfə), 458 min ton hazır beton qarışığı (artım 11%) və 9 min ton tikinti əhəngi (artım 2,7 dəfə) istehsal edilib.
2022-ci ildə Azərbaycanda 1 milyard 85,7 milyon manat (cari məzənnə ilə $638,8 milyon) məbləğində tikinti materialları istehsal edilib ki, bu da 2021-ci illə müqayisədə 12,6% çoxdur.*
B.Rüstəmbəyov