2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 271 milyon 682,9 min sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 20,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 964,1 min nəfər (artım 57%), dəniz nəqliyyatı ilə 2,8 min nəfər (artım 2 dəfə), hava nəqliyyatı ilə 332,8 min nəfər (artım 52,2%) daşınıb.
Yanvar-fevral aylarında avtomobil nəqliyyatı vasitələri ilə 236 milyon 581 min sərnişin (artım 21,4%), avtobuslarla 225 milyon 879,1 min sərnişin (artım 21,9%), taksilərlə 10 milyon 701,9 min sərnişin (artım 11,1%) daşınıb.
Yanvar-fevral aylarında Bakı Metropolitenində 33 milyon 802,4 min sərnişinə (artım 15,1%) xidmət göstərilib.*
B.Rüstəmbəyov