13-14 iyun 2023-cü il tarixlərində Bakıda “Fintex Summit 2023” (Maliyyə və Texnologiyalar Sərgisi) tədbiri keçiriləcək.
Sammit Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mərkəzi Bankı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə keçiriləcək.
Assosiasiyadan “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, forum “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” mövzusuna həsr olunacaq.
Forum çərçivəsində yeni maliyyə və bank məhsullarının təqdim etdiyi imkanlar, innovativ ödəniş həlləri, rəqəmsal valyutalar, bankların fintex şirkətləri ilə əməkdaşlıq imkanları, eləcə də bu cür texnologiyaların meydana çıxması ilə yaranan təhlükəsizlik məsələləri müzakirə olunacaq.
Sammitdə müzakirələr 8 panel çərçivəsində aparılacaq, 45 məruzəçi, 120 şirkət və sektoru təmsil edən 1,5 min nümayəndə iştirak edəcək.*
X.Nəsirzadə