2022-ci ildə Azərbaycanda müdafiə sənayesi məhsullarının ümumi ixrac həcmi 206,271 milyon manat (cari məzənnə ilə $121,3 milyon) təşkil edib.
2021-ci ildə bu məbləğ 263,2 milyon manat (cari məzənnə ilə $154,82 milyon) təşkil edib.
“2022-ci ildə ixrac üçün istehsal edilmiş məmulatların həcmi kooperasiya nəzərə alınmaqla, 206,271 milyon manat (2021-ci illə müqayisədə azalma 21,6% - İF-Az), o cümlədən mülki məhsullar üzrə 669,2 min manat (azalma 66,5%) təşkil edib”, - deyə hökumətdən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
2022-ci ildə Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən 11,4 milyon manat məbləğində mülki və ikili təyinatlı məhsul (artım 21,1%) istehsal edilib.
“İstehsal proqramına uyğun müdafiə təyinatlı məmulatların istehsalı, təmiri və utilizasiyası üzrə bağlanmış müqavilələrin ümumi həcmi hesabat dövrü üzrə 65 milyon 244 min manat təşkil edib”, - deyə məlumatda vurğulanır.*
X.Nəsirzadə