Azərbaycanda koronavirus infeksiyasına 22 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 829 min 420-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 53 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 10 min 171 nəfər təşkil edir.
Virusa yoluxmuş 819 min 109 nəfər (sutka ərzində +5) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 140 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 682 (ötən gün 910 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 553 min 691 test aparılıb.*
B.Rüstəmbəyov