“KazTransOil” SC “Tengiz” yatağından hasil edilmiş 9,959 min ton nefti Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri istiqamətində ixraca göndərib. Bu barədə şirkətdən bildirilib.
““KazTransOil” SC Aktau limanında Qazaxıstanın “Tengiz” yatağından BTC neft kəmərinə daha sonra xammalın çatdırılması üçün “Prezident Heydər Əliyev” tankerinə 9,959 min ton neft yükləyib”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinin redaksiyasına daxil olmuş məlumatda bildirilir.
Martın sonunadək bu marşrutla daha 10 min tona yaxın “Tengiz” neftinin göndərilməsi planlaşdırılır. Beləliklə, bütövlükdə, martda 20 min tona yaxın “Tengiz” neftinin göndərilməsi nəzərdə tutulur. Apreldə göndərilməsi planlaşdırılan həcmlər nəzərəçarpacaq dərəcədə çoxdur.
“2023-cü ilin aprel ayı üçün Bakı-Tbilisi-Ceyhan istiqamətində planlaşdırılan neft daşıma həcmi 125 min ton təşkil edir”, - deyə şirkətdən dəqiqləşdiriblər.*