ABŞ Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhün tərəfdarıdır. Bu barədə ABŞ Prezidenti Cozef Baydenin Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrikdə deyilir.
“Birləşmiş Ştatlar bu yenilənmə və düşüncə mövsümündə Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizliyi və çiçəklənməni təşviq edəcək Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə olan dəstəyimizi bir daha təsdiq edir”, - deyə təbrikdə bildirilir.
Bayden qeyd edib ki, Azərbaycan və Birləşmiş Ştatlar ötən il ərzində enerji təhlükəsizliyini təmin etmək və iki ölkə xalqlarının üzləşdiyi transmilli çağırışlara cavab vermək üçün bir araya gəlib.
“Baharın gəlişi və yeni başlanğıcları qeyd etdiyimiz bu ildə xalqlarımız arasında dostluğu daha da dərinləşdirməyi həvəslə gözləyirəm”, - deyə o vurğulayıb.*
N.Abbasova