Azərbaycan Mərkəzi Bankı (AMB) martın 28-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Martın 28-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8378 manat/1EUR səviyyəsində (martın 27-nə 1.8304 manat/1EUR) müəyyən edilib.
AMB martın 28-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0221 manat/1RUB səviyyəsində (martın 27-nə 0.022 manat/1RUB) müəyyən edib.
Martın 28-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0890 manat/1TRY səviyyəsində (martın 27-nə 0.0891 manat/1TRY) müəyyən edilib.*
B.Rüstəmbəyov