Azərbaycanın Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Laçın şəhərinin (Şərqi Zəngəzur iqtisadi rayonu) Baş planının hazırlanması üzrə məsləhətçi xidmətlərinin göstərilməsi məqsədilə İsveçrənin "Sapartners Kovari+Kovari international" GmbH şirkətini cəlb edib.
“İnterfaks-Azərbaycan” www.etender.gov.az portalına istinadən məlumat verir ki, şirkətlə 297,556 min manat dəyərində müvafiq müqavilə bağlanıb.
Azərbaycan prezidenti İlham Əliyev 26 avqust 2022-ci ildə məlumat verib ki, 1992-ci ilin may ayından etibarən Ermənistanın işğalı altında olan Laçın şəhərinin Bakının nəzarətinə keçməsi barədə məlumat verib.
Laçına ilk sakinlərin qayıdışı 2023-cü ildə planlaşdırılır. **
R.Kərimov