2023-cü ilin əvvəlinə Azərbaycanın bank sektorunun xarici borcu $277 milyon səviyyısində qiymətləndirilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“2022-ci ildə bankların xarici borcu 28% və ya $106,8 milyon azalıb”, - hökumətdən qeyd ediblər.
2022-ci ilin sonuna bankların ödhdəliklərinin strukturunda bank sektorunun xarici borcunun xüsusi çəkisi 1,1% təşkil edir, baxmayaraq ki, 2021-ci ilin sonuna bu göstərici 1,9% olub.
Öncə AMB-yə istinadən məlumat verilib ki, 2017-ci ildən etibarən bank sektorunun xarici borcu hər il azalmaqda davam edir. 2017-ci ilin sonuna bankların xarici borcu $929 milyon və ya bütün öhdəliklərin 6,5%-ni təşkil edib. Beləliklə, 2017-2022-ci illərdə bankların xarici borcu 3,3 dəfə azalıb.**
R.Əhmədov