2022-ci ildə neft və qaz ixracından SOCAR şirkətinin gəlirləri $2,5 milyard təşkil edib.
“İnterfaks-Azərbaycan” agentliyinin əldə etdiyi 2022-ci il ərzində Azərbaycan hökumətinin hesabatına əsasən, hesabat ilində SOCAR 7,8 milyon ton neft və 8,1 milyard kubmetr qaz hasil edib.
Ötən il şirkət qeyd olunan obyektlərdən ixraca 1,4 milyon ton neft və 2,9 milyard kubmetr qaz yönəldib. Həmçinin, Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 850,1 min ton neft, Bakı-Novorossiysk neft kəməri ilə - 573,8 min ton neft ixrac olunub.
Hesabata əsasən, 2022-ci ildə SOCAR Cənub Qaz Dəhlizi (CQD) ilə Avropaya öz qaznın ixracına başlayıb. Ümumilikdə, 2022-ci ildə CQD ilə ixrac olunmuş (SOCAR nəzərə alınmaqla) Azərbaycan qazının həcmi 20,9 milyard kubmetr təşkil edib.
Hökumətin məlumatına görə, 2022ci ildə SOCAR-ın kapital qoyuluşları 1,2 milyard manat, hesabat ilində şirkətin valyuta və cari hesablarına 37,7 milyard manat mədaxil olub. **
N.Abbasova