İşğaldan azad olunmuş ərazilərdə - Qarabağ və Şərqi Zəngəzurda su elektrik stansiyalarının gücü500 meqavata çatmalıdır.Bu barədə Azərbaycan prezienti İlham Əliyev bəyan edib.
“Biz Laçın və Kəlbəcər rayonlarının su ehtiyatlarından istifadə edərək böyük bir enerji mənbəyi yaradacağıq. İndi Laçın, Kəlbəcər, Zəngilan və bir neçə digər rayonda Su Elektrik stansiyalarının tikintisi sürətlə gedir, biz 50 meqavatdan çox enerji alırıq”, - Əliyev çərşənbə axşamı Məsim Məmmədovu Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən deyib. .
Dövlət başçısı qeyd edib ki, birinci inşa edilən stansiya Güləbird kəndində olub.
“Bütövlükdə isə qarşıya məqsəd qoyulmuşdur ki, azad edilmiş ərazilərdə bu ilin sonuna qədər su elektrik stansiyalarının gücü 200 meqavat olsun, gələcəkdə isə 500 meqavata çatmalıdır. Laçın və Kəlbəcər rayonlarında böyük külək enerji potensialı var”, - prezident bildirib. **
B.Rüstəmbəyov