Çərşənbə axşamı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə yola düşüb.
“Səfər çərçivəsində, 29-30 mart tarixlərində nazir Ceyhun Bayramovun hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşlərinin keçirilməsi planlaşdırılır”, - XİN-in məlumatında deyilir.
Nazilriyin məlumatına görə, habelə Bayramov Azərbaycanın Tel-Əvivdəki səfirliyinin açılış mərasimində iştirak edəcək. **
R.Kərimov